Azərbaycan bu il Avropaya 5 mlrd. kubmetrdən çox qaz ixrac edəcək

Azərbaycan bu il Avropaya 5 mlrd. kubmetrdən çox qaz ixrac edəcək
  • Clock-gray 11:05
  • calendar-gray 12 Fevral 2021

Bu il Cənub Qaz Dəhlizi (CQD) çərçivəsində Avropaya 5 mlrd. kubmetrdən çox qaz ixrac ediləcək.

APA-Economics”in məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbaz CQD-in Məşvərət Şurası çərçivəsində nazirlərin video-konfrans formatında keçirilən VII iclasındakı çıxışında deyib.

Onun sözlərinə görə, Məşvərət Şurası beynəlxalq əməkdaşlığın nümunəvi bir formatı kimi öz məqsədinə nail oldu. CQD hazırda Avropanı Xəzər dənizi ilə bağlayır və bu, dünya miqyaslı infrastruktur vasitəsilə baş tutur, enerji təhlükəsizliyini gücləndirir, eyni zamanda, iqlim, iqtisadi və kommersiya məqsədlərimizə nail olunmasına töhfə verir. İlk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına 3 500 kilometrlik məsafəni qət edərək daxil olub.

“Belə bir meqalayihə öz şaxələndirmə missiyasının da nəticələrini artıq göstərdi. Cari ildə Azərbaycandan Gürcüstana təxminən 1 mlrd. kubmetr, Türkiyəyə ən azı 8 mlrd. kubmetr, Avropaya 5 mlrd. kubmetrdən çox təbii qazın ixrac edilməsi gözlənilir”, - nazir qeyd edib.

P. Şahbazov onu da vurğuladı ki, növbəti ildə CQD-nin əsas seqmentlərindən biri olan Trans-Adriatik kəməri (TAP) vasitəsilə bizim İtaliyaya 13%, Yunanıstana 20%, Bolqarıstana isə 33% təbii qazımız çatdırılacaq. Həm Trans-Anadolu kəmərinin (TANAP), həm də TAP-ın 2023-cü ilə qədər tam buraxılış qabiliyyəti ilə istifadə olunması nəzərdə tutulur.

“Artıq “Şahdəniz” yatağından 137 milyard kubmetrlik qaz hasil edilmişdir və hazırda bu, əslində, CQD-nin əsas mənbəyidir. Beləliklə, CQD Azərbaycanın enerji təhlükəsizliyini gücləndirir, bazarları, istehlakçı ölkələr üçün mənbələri və marşrutları şaxələndirir. Xüsusi olaraq məhz Avropa İttifaqının Karbon Neytrallığı Prioriteti çərçivəsində CQD yanacağın iqlimə ən az təsir göstərərək təchiz edilməsi imkanlarını açır. Bu, karbohidrogenin nəqlini nəzərdə tutur və bununla bağlı CQD sisteminin seqmentinə artıq tətbiq edilir”, - nazir əlavə edib.

Emil İsmayılov

Digər xəbərlər