Azərbaycan bu il Gürcüstana 194 min ton avtomobil yanacağı tədarük edib

Azərbaycan bu il Gürcüstana 194 min ton avtomobil yanacağı tədarük edib
# 07 dekabr 2020 11:39 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstan 1 004,8 min ton benzin və dizel yanacağı idxal edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında qeyd olunub.

Bildirilib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 12,3 min ton və ya 1,2% artıb.

Hesabat dövründə Gürcüstanın dizel idxalı illik ifadədə 8,2 min ton və ya 1,6% azalaraq 493,7 min ton, benzin idxalı isə 20,5 min ton və ya 4,2% artaraq 511,1 min ton təşkil edib.

Cari ilin 11 ayında Rusiya Gürcüstanın əsas yanacaq tədarükçüsü olub – 308,4 min ton (30,7%). Hesabat dövründə Gürcüstan Azərbaycandan 194 min ton yanacaq idxal edib ki, bu da ümumi idxalın 19,3%-ni təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstanın ikinci ən böyük yanacaq tədarükçüsü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR