Azərbaycan bu il Gürcüstana 300 mln. kVt-saatdan çox elektrik enerjisi ixrac edib

Azərbaycan bu il Gürcüstana 300 mln. kVt-saatdan çox elektrik enerjisi ixrac edib
  • Clock-gray 11:43
  • calendar-gray 19 Mart 2021

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstana isə 300,6 mln. kVt-saat elektrik enerjisi ixrac edilib.

Azərbaycan Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü ölkə İrana 5,9 mln. kVt-saat, Türkiyəyə 12,7 mln. kVt-saat, Rusiyaya isə 14,7 mln. kVt-saat elektrik enerjisi ixrac edib.

Məlumata görə, yanvar-fevral aylarında elektrik enerjisinin ixracı 333,9 mln. kVt-saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 6,2 mln. kVt-saat artıb.

"Hesabat dövründə elektrik enerjisinin idxalı 21,1 mln. kVt-aat olub. İrandan 5,8 mln. kVt-saat, Rusiyadan 15,3 mln. kVt-staa, Gürcüstandan isə 0,02 mln. kVt-saat elektrik enerjisi idxal edilib", - məlumatda qeyd edilir.

Emil İsmayılov

Digər xəbərlər