Azərbaycan bu il avtomobil yanacağının satışından 627 mln. manat gəlir əldə edib

Azərbaycan bu il avtomobil yanacağının satışından 627 mln. manat gəlir əldə edib
# 21 may 2020 16:22 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 626,6 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 1,8% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,4%-i avtomobil yanacağının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR