Azərbaycan bu il kimya sənayesi məhsullarının istehsalını 19,5% artırıb - CƏDVƏL

Azərbaycan bu il kimya sənayesi məhsullarının istehsalını 19,5% artırıb - CƏDVƏL
# 17 dekabr 2020 14:11 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 983,9 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 9,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 21,7%, kimya sənayesində isə 19,5% artıb.

Məlumata görə, əsas kimya məhsullarından polietilen istehsalı 19,6%, metanol istehsalı 19,1%, propilen istehsalı 17,6% artmışdır. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,4 dəfə, bərk polipropilen boruların istehsalı 24,9% artıb.

Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2020-ci ilin yanvar-noyabrı

2019-cu ilin yanvar-noyabrına nisbətən, %

Azot, min kub m

20 388,1

98,1

ondan əmtəəlik

340,8

40,1

Yod, ton

166,8

95,2

Oksigen, min kub m

2 732,7

82,8

ondan əmtəəlik

2 690,3

82,9

Propilen, min ton

90,7

117,6

ondan əmtəəlik

86

112,3

Polietilen, min ton

118,3

119,6

Etilen, min ton

102,1

99,8

Metanol (metil spirti), min ton

439,9

119,1

Lak-boya məmulatları, ton

12 680,6

58,2

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

31 287,6

122,2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR