Azərbaycan bu il kimya sənayesi məhsullarının istehsalını 25% artırıb - CƏDVƏL

Azərbaycan bu il kimya sənayesi məhsullarının istehsalını 25% artırıb - CƏDVƏL
# 17 noyabr 2020 16:51 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 901 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 8,8 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 19,1%, kimya sənayesində isə 13,2% artıb.

Məlumata əsasən, əsas kimya məhsullarından metanol istehsalı 14,2%, propilen istehsalı 6,7%, etilen istehsalı 4,2% artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,3 dəfə, bərk polipropilen boruların istehsalı 14,8% artıb.

Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2020-ci il, yanvar-oktyabr

2019-cu ilin yanvar-oktyabrı ilə nisbətən, %

Azot, min kub m

18 579,3

98,1

ondan əmtəəlik

330

41,8

Yod, ton

151,6

93,9

Oksigen, min kub m

2 379,9

80,2

ondan əmtəəlik

2 341,6

80,3

Propilen, min ton

79,7

106,7

ondan əmtəəlik

75,5

101,5

Polietilen, min ton

106,4

112,2

Etilen, min ton

102,1

104,2

Metanol (metil spirti), min ton

411,7

114,2

Lak-boya məmulatları, ton

11 725,8

57,8

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

28 918,6

125,7

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR