Azərbaycan bu il qaz ixracından 1,9 mlrd. dollara yaxın gəlir əldə edib

Azərbaycan bu il qaz ixracından 1,9 mlrd. dollara yaxın gəlir əldə edib
# 20 oktyabr 2020 11:32 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 1 891 616,06 min ABŞ dolları dəyərində 10 154 496,12 min kubmetr təbii qaz ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,5%, həcmi isə 11,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR