Azərbaycan bu il qızıl ixracından 159 mln. dollar qazanıb

Azərbaycan bu il qızıl ixracından 159 mln. dollar qazanıb
# 02 dekabr 2020 11:01 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 158,7 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2019-cu ildə qızıl ixracının ümumi dəyəri 142,1 mln. dollar təşkil edib. Beləliklə, 2020-ci ildə qızıl ixracı 11,7% artıb.

Qeyd edək ki, təkcə oktyabr ayında Azərbaycan xaricə 9,4 mln. dollarlıq qızıl tədarük edib. Bu, sentyabr ayı ilə müqayisədə 2,7 dəfə, ötən ilin eyni ayı ilə müqayisədə isə 2,3 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR