Azərbaycan bu ilin I rübündə 2,1 mln. dollarlıq maye qaz ixrac edib

Azərbaycan bu ilin I rübündə 2,1 mln. dollarlıq maye qaz ixrac edib
# 22 may 2020 12:17 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan 11 928,2 ton maye qaz ixrac edib ki, bu da 2019-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 41,7% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yanvar-mart aylarında ixrac edilən maye qazın dəyəri 2 101,5 min ABŞ dolları təşkil edib ki, bu da illik ifadədə 47,1 azalma deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycan 52 926,9 ton maye qaz ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 35,2% azdır. 2019-cu ildə ixrac edilən maye qazın dəyəri 12 122,1 min ABŞ dolları təşkil edib ki, bu da illik ifadədə 20,9%-lik azalma deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR