Azərbaycan elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan elektrik enerjisinin istehsalını artırıb
  • Clock-gray 11:25
  • calendar-gray 10 İyun 2020

 Bu  ilin may ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1 899,6 mln. kVt·st, ixracı 21,7 mln. kVt·st, idxalı 17,5 mln. kVt·st olub.

Energetika Nazirliyindən APA-Economicsə verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə may ayında respublika üzrə elektrik enerjisinin istehsalı 17,5 mln. kVt·st azalıb, ixracı 2,7 mln. kVt·st, idxal isə 8,6 mln. kVt·st artıb.

Məlumat əsasən, cari  ilin yanvar-may aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,1 mln. kVt·st artaraq 10 796,5 mln. kVt·st olub.

2020-ci ilin 5 ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9 650,6 mln. kVts (İES-lərdə 9 186,2 mln. kVt·st, SES-lərdə 464,4 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 155,8 mln.  kVt·st (İES-lərdə 65,2 mln. kVt·st, SES-lərdə 75,1 mln. kVt·st, Günəş ES-də 15,5 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 990,1 mln. kVt·st təşkil edib.

Bu dövr ərzində elektrik enerjisinin ixracı 522,3 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 113,7 mln. kVt·st azalıb. Elektrik enerjisinin idxalı isə 62,2 mln. kVt·st təşkil etməklə, ötən ilin müvafiq dövrünə nisbətən 1,1 mln. kVt·st  artıb.

Emil İsmayılov

Digər xəbərlər