Azərbaycan elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan elektrik enerjisinin istehsalını artırıb
# 10 iyul 2020 09:25 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2153,7 mln. kVt·st, ixracı 98,8 mln. kVt·st, idxalı 9,3 mln. kVt·st olub.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 14,1 mln. kVt·st, ixrac 61,5 mln. kVt·st artıb, idxal isə 9,9 mln. kVt·st azalıb.

Məlumata əsasən, cari ilin yanvar-iyun aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,2 mln.kVt·st artaraq 12950,2 mln. kVt·st olub.

Birinci yarımildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 11571,3 mln. kV·ts (İES-lərdə 11002,6 mln. kVt·st, SES-lərdə 568,47 mln. kVt·st), Naxçıvan MR Dövlət

Energetika Xidməti üzrə 195,4 mln. kV·st (İES-lərdə 75,8 mln. kVt·st, SES-lərdə 99,8 mln. kVt·st, Günəş ES-də 19,8 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 1134,6 mln. kVt·st təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 621,1 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 52,2 mln. kVt·st, idxalı isə 71,5 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 8,8 mln. kVt·st azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR