Azərbaycan elektrik enerjisinin ixracını kəskin artırıb

Azərbaycan elektrik enerjisinin ixracını kəskin artırıb
  • Clock-gray 12:26
  • calendar-gray 17 Fevral 2021

Bu ilin yanvar ayında Azərbaycan 175,1 mln. kVt-saat elektrik enerjisi ixrac edib, bu da ötən ilin müvafiq dövrünə nisbətən 61,6 mln. kVt-saat və ya 54,3% çoxdur.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrü İrana 3,4 mln. kVt-saat, Türkiyəyə 12,7 mln. kVt-saat, Rusiyaya 7,2 mln. kVt-saat, Gürcüstana isə 151,8 mln. kVt-saat elektrik enerjisi ixrac edilib.

Məlumata görə, bu dövrdə ölkəyə elektrik enerjisinin idxalı 11,0 mln. kVt-saat olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 mln. kVt-saat artıb.

Hesabat dövrü  İrandan 3,3 mln. kVt-saat, Rusiyadan 7,7 mln. kVt-saat, Gürcüstandan isə 0,004 mln. kVt-saat elektrik enerjisi idxal edilib.

Emil İsmayılov

Digər xəbərlər