Azərbaycan elektrik enerjisinin ixracını yanvar-oktyabrda 18% azaldıb

Azərbaycan elektrik enerjisinin ixracını yanvar-oktyabrda 18% azaldıb
  • Clock-gray 17:33
  • calendar-gray 16 Noyabr 2020

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 56 786,8 min ABŞ dolları dəyərində 1 188 205,99  min kVt-saat elektrik enerjisi ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,8%, həcmi isə 18,4% azalıb.

Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında elektrik enerjisinin ölkənin qeyri-neft ixracında çəkisi 3,93% təşkil edib.

Emil İsmayılov

Digər xəbərlər