Azərbaycan əhalisi avtomobil yanacağının alışını azaldıb

Azərbaycan əhalisi avtomobil yanacağının alışını azaldıb
  • Clock-gray 12:25
  • calendar-gray 15 Mart 2021

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından (avtomobil benzini və dizel) əldə etdiyi gəlir 322,6 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 11,9% azdır. Təkcə fevralda istehlakçılar yanacağa 150,5 mln. manat xərcləyiblər ki, bu da yanvar ayı ilə müqayisədə 12,6% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,4%-i avtomobil yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 2,041 mlrd. manat təşkil edib, bu da illik müqayisədə 12,5% azdır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər