Azərbaycan əhalisi noyabrda avtomobil yanacağının alışını azaldıb

Azərbaycan əhalisi noyabrda avtomobil yanacağının alışını azaldıb
# 11 dekabr 2020 12:45 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 1,869 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 2,2% azdır.

Təkcə noyabr ayında əhali 160,4 mln. manat dəyərində avtomobil benzini və dizel yanacağı satın alıb ki, bu da oktyabr ayı ilə müqayisədə 22,3% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,3%-i avtomobil yanacağının alınmasına sərf olunub. Bu, illik müqayisədə 0,2 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR