Azərbaycan kimya məhsullarının istehsalını artırıb - CƏDVƏL

Azərbaycan kimya məhsullarının istehsalını artırıb - CƏDVƏL
# 19 fevral 2021 16:35 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 117,3 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 10,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 97%, kimya sənayesində isə 14,3% artıb.

Məlumata görə, hesabat dövrü əsas kimya məhsullarından polietilen istehsalı 45,5%, etilen istehsalı 39,8%, propilen istehsalı 25,9% artıb. Rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 7,6 dəfə, bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 86,5% artıb.

Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2021-ci il, yanvar

2020-ci ilin müvafiq ayına nisbətən, %

Azot, min kub m

1 906,5

98,2

ondan əmtəəlik

46,5

56,8

Yod, ton

15

111,1

Oksigen, min kub m

1 308,3

538

ondan əmtəəlik

1 305,4

548,5

Propilen, min ton

13,6

125,9

ondan əmtəəlik

12,6

116,7

Polietilen, min ton

17,9

145,5

Etilen, min ton

17,9

139,8

Metanol (metil spirti), min ton

0,1

0,2

Lak-boya məmulatları, ton

1 773,7

206,3

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

2 731,2

141,9

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR