Azərbaycan kimya məhsullarının istehsalını artırıb - CƏDVƏL

Azərbaycan kimya məhsullarının istehsalını artırıb - CƏDVƏL
  • Clock-gray 15:02
  • calendar-gray 18 Mart 2021

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 211,6 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 9,6 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 45,3%, kimya sənayesində isə 6,5% artıb.

Məlumata görə, əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 2,2 dəfə, polietilen istehsalı 21,2%, etilen istehsalı 20,8% artıb. Rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 6,7 dəfə, bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 13,8%  artıb.

Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2021-ci il, yanvar-fevral

2020-ci ilin müvafiq ayına nisbətən, %

Azot, min kub m

3 523,4

94

ondan əmtəəlik

56,4

38,1

Yod, ton

28

94,9

Oksigen, min kub m

1 724,6

454,8

ondan əmtəəlik

1 718,2

464,8

Propilen, min ton

24,6

109,8

ondan əmtəəlik

23

102,7

Polietilen, min ton

33,2

121,2

Etilen, min ton

33,1

120,8

Metanol (metil spirti), min ton

0,1

0,1

Lak-boya məmulatları, ton

3 669,7

219,5

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

6 030,2

155,4

Emil İsmayılov

Digər xəbərlər