Azərbaycan kimya sənayesi məhsullarının istehsalını 25% artırıb - CƏDVƏL

Azərbaycan kimya sənayesi məhsullarının istehsalını 25% artırıb -  CƏDVƏL
# 16 iyun 2020 12:45 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 481 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 3,1 dəfə, kimya sənayesində 24,6%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 13,6% artıb.

Məlumata əsasən, əsas kimya məhsullarından metanol istehsalı 45,7%, propilen istehsalı 24,9%, etilen istehsalı 22% artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 3,6 dəfə, bərk polipropilen boruların istehsalı 94,7% artıb.

Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2020-ci il, yanvar-may

2019-cu ilin yanvar-mayı ilə nisbətən, %

Azot, min kub m

9 379

98,6

ondan əmtəəlik

258,8

57,2

Yod, ton

73,1

92,9

Oksigen, min kub m

941,9

65,8

ondan əmtəəlik

921,9

65,7

Propilen, min ton

56,1

124,9

ondan əmtəəlik

53,8

120,1

Polietilen, min ton

39,9

80,4

Etilen, min ton

73,2

122

Metanol (metil spirti), min ton

203,2

145,7

Lak-boya məmulatları, ton

4 784,2

57,7

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

12 128,8

140,6

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR