Azərbaycan kimya sənayesi məhsullarının istehsalını 26% artırıb - CƏDVƏL

Azərbaycan kimya sənayesi məhsullarının istehsalını 26% artırıb - CƏDVƏL
# 18 aprel 2020 11:31 (UTC +04:00)

Azərbaycanda bu ilin yanvar-mart aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 289,8 mln. manatlıq məhsul istehsal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2019-ci ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 36,7%, kimya sənayesində 25,7%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 25% artıb.

Əsas kimya məhsullarından metanol istehsalı 89,4%, propilen istehsalı 18%, etilen istehsalı 16,5% artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 3,1%, bərk polipropilen boruların istehsalı 67,8% artıb.

Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2020-ci il, yanvar-mart

2019-cu ilim yanvarı-mart ilə nisbətən, %

Azot, min kub m

5 643,8

101,1

ondan əmtəəlik

183,7

0,4

Yod, ton

43,6

91

Oksigen, min kub m

552,7

70

ondan əmtəəlik

539,1

69,8

Propilen, min ton

34,8

118

ondan əmtəəlik

34,7

118

Polietilen, min ton

24

71,6

Etilen, min ton

42,4

116,5

Metanol (metil spirti), min ton

120,1

189,4

Lak-boya məmulatları, ton

2456,2

48,6

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

6478,2

158,4

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR