Azərbaycan kimya sənayesi məhsullarının istehsalını artırıb - CƏDVƏL

Azərbaycan kimya sənayesi məhsullarının istehsalını artırıb - CƏDVƏL
# 16 iyul 2020 14:40 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 575,7 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 4,6 dəfə, kimya sənayesində 20,5%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 4,1% artıb.

Məlumata əsasən, əsas kimya məhsullarından metanol istehsalı 33,2%, propilen istehsalı 26,9%, etilen istehsalı 22,4% artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,6 dəfə, bərk polipropilen boruların istehsalı 25,4% artıb.

Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2020-ci il, yanvar-iyun

2019-cu ilin yanvar-iyunu ilə nisbətən, %

Azot, min kub m

11 193,1

98,5

ondan əmtəəlik

272,9

51,4

Yod, ton

88,5

93,9

Oksigen, min kub m

1 117,7

63,5

ondan əmtəəlik

1 094

63,3

Propilen, min ton

66,6

126,9

ondan əmtəəlik

63,9

121,9

Polietilen, min ton

47,2

79,7

Etilen, min ton

87,5

122,4

Metanol (metil spirti), min ton

243,8

133,2

Lak-boya məmulatları, ton

6 384,5

57,6

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

15 283,2

134,3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR