Azərbaycan kimya sənayesi məhsullarının ixracını 13% artırıb

Azərbaycan kimya sənayesi məhsullarının ixracını 13% artırıb
# 18 noyabr 2020 17:45 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 492 199,02 ton kimya sənayesi məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi kimya sənayesi məhsullarının dəyəri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 19,1% azalaraq 70 023,51 min dollar təşkil edib.

Bundan əlavə, bu ilin ilk 10 ayında Azərbaycan 127 607,79 min dollar dəyərində 169 836,11 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edib ki, bu da 2019-cu ilin yanvar-oktyabr üzrə göstəricisi ilə müqayisədə müvafiq olaraq 20,8% və 22,1% azdır.

Xatırladaq ki, Azərbaycan ötən il 536 901,95 ton kimya sənayesi məhsulları ixrac edib ki, bu da 2018-ci il ilə müqayisədə 2 dəfə çoxdur. 2019-cu ildə ölkə 179 401,97 min dollar dəyərində 246 442,22 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 51,3% və 54,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR