Azərbaycan kimya sənayesi məhsullarının ixracını artırıb

Azərbaycan kimya sənayesi məhsullarının ixracını artırıb
# 29 dekabr 2020 13:30 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 524 118,42 ton kimya sənayesi məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi kimya sənayesi məhsullarının dəyəri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 20,1% azalaraq 76 349,15 min dollar təşkil edib.

Bundan əlavə, bu ilin 11 ayında Azərbaycan 137 352,97 min dollar dəyərində 179 667,01 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edib ki, bu da 2019-cu ilin yanvar-noyabr üzrə göstəricisi ilə müqayisədə müvafiq olaraq 18,3% və 22,7% azdır.

Xatırladaq ki, Azərbaycan ötən il 536 901,95 ton kimya sənayesi məhsulları ixrac edib ki, bu da 2018-ci il ilə müqayisədə 2 dəfə çoxdur. 2019-cu ildə ölkə 179 401,97 min dollar dəyərində 246 442,22 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 51,3% və 54,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR