Azərbaycan maye qazın ixracını azaldıb

Azərbaycan maye qazın ixracını azaldıb
# 12 iyun 2020 17:33 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 16 172,8 ton maye qaz ixrac edib ki, bu da 2019-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 40,9% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yanvar-aprel aylarında ixrac edilən maye qazın dəyəri 2 586,2 min ABŞ dolları təşkil edib ki, bu da illik ifadədə 54,2 azalma deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycan 52 926,9 ton maye qaz ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 35,2% azdır. 2019-cu ildə ixrac edilən maye qazın dəyəri 12 122,1 min ABŞ dolları təşkil edib ki, bu da illik ifadədə 20,9%-lik azalma deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR