Azərbaycan maye qazın ixracını kəskin artırıb

Azərbaycan maye qazın ixracını kəskin artırıb
# 26 mart 2021 12:15 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycan 9 238,4 ton maye qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu ilin yanvar ayında ixrac edilən maye qazın dəyəri 1 343,6 min ABŞ dolları təşkil edib ki, bu da illik ifadədə 2,6 dəfə çoxdur.

Xatırladaq ki, ötən il ərzində Azərbaycan 40 253,7 ton maye qaz ixrac edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 23,9% azdır. 2020-ci ildə ixrac edilən maye qazın dəyəri 5 029,8 min ABŞ dolları təşkil edib ki, bu da illik ifadədə 58,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR