Azərbaycan metanol istehsalını kəskin artırıb

Azərbaycan metanol istehsalını kəskin artırıb
# 18 dekabr 2019 12:20 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 883,6 mln. manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 27,3%, əczaçılıq məhsullarının istehsalında 24,7%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 17,1%, artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 69,6%, propilen istehsalı 58,7%, etilen istehsalı 15,1%, yod istehsalı 4,2% artıb.

Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2019-cu ilin yanvar-noyabr aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Azot, min kub metr

20 792,4

94,6

ondan əmtəəlik

849,4

41,8

Yod, ton

175,3

104,2

Oksigen, min kub m

3 285,3

74

ondan əmtəəlik

3 228,8

75,9

Propilen, min ton

77,1

158,7

ondan əmtəəlik

76,6

184

Polietilen, min ton

88

102

Etilen, min ton

102,3

115,1

Metanol (metil spirti), min ton

331,8

198,8

Lak-boya məmulatları, ton

22 518,5

169,6

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

25 608,6

160,7

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR