Azərbaycan metanol istehsalını ötən il kəskin artırıb

Azərbaycan metanol istehsalını ötən il kəskin artırıb
# 21 yanvar 2020 18:37 (UTC +04:00)

Ötən il Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 966 mln. manatlıq məhsul istehsal edilib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 25,6%, rezin və plastik kütlə məmulatlarının istehsalında 22%, əczaçılıq məhsullarının istehsalında isə 20,6% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 66,8%, propilen istehsalı 56,8%, etilen istehsalı 18,5%, yod istehsalı 2,8% artıb.

Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2019-cu il

2018-ci ilə nisbətən, %

Azot, min kub m

22681,5

94,5

ondan əmtəəlik

878,4

40,1

Yod, ton

190,3

102,8

Oksigen, min kub m

3647,9

76,7

ondan əmtəəlik

3586,1

78,7

Propilen, min ton

88,1

156,8

ondan əmtəəlik

87,6

177,9

Polietilen, min ton

95,6

99,5

Etilen, min ton

117,2

118,5

Metanol (metil spirti), min ton

345,5

180,5

Lak-boya məmulatları, ton

25 231,3

166,8

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

28 581,6

150,2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR