Azərbaycan minik avtomobillərinin istehsalını 2,7 dəfə artırıb

Azərbaycan minik avtomobillərinin istehsalını 2,7 dəfə artırıb
# 27 mart 2020 11:17 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayında Azərbaycanda 480 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü üçün olan göstərici ilə müqayisədə 2,7 dəfə çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin yanvar-fevralında respublikada 176 minik avtomobil istehsal edilib.

Məlumata əsasən, bu ilin yanvar-fevral aylarında ölkədə 50 ədəd traktor istehsal edilib, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 82,6% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR