Azərbaycan əmtəəlik qaz hasilatını 17% artırıb

Azərbaycan əmtəəlik qaz hasilatını 17% artırıb
# 21 may 2020 15:33 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 8,2 mlrd. manat olmaqla, 2019-cu ilin müvafiq dövrünə ilə nisbətən 1,4% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü sahənin əsas məhsulu olan xam neftin əmtəəlik hasilatı 12,39 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 9,42 mlrd. kubmetr təşkil edib.

Məlumata əsasən, ötən ilin yanvar-aprel ilə müqayisədə neft hasilatı 0,2% azalıb, qaz hasilatı 17,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR