Azərbaycan əmtəəlik qazın hasilatını 15%-dən çox artırıb

Azərbaycan əmtəəlik qazın hasilatını 15%-dən çox artırıb
# 12 iyun 2020 13:56 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 9,6 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-may aylarına nisbətən 1,2% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 15,2 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 11,6 mlrd. kub metr təşkil etmişdir. Hesabat dövrü əmtəəlik neft hasilatı 3,1% azalıb, əmtəəlik qaz hasilatı isə 15,5% artıb.

Məlumata əsasən, yanvar-may aylarında ölkədə 15,25 mln. ton neft (2,8% azalma) və 16,44 mlrd. kubmetr qaz (13,6% artım) hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR