Azərbaycan neft hasilatını azaldıb

Azərbaycan neft hasilatını azaldıb
# 18 avqust 2020 15:37 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 20,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1,4 milyon ton az olub.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, respublika üzrə hasil edilən neftin 14 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 4,3 milyon ton təşkil edib.

Yeddi ayda 16,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-iyul aylarına nisbətən, təxminən, 1,4 milyon ton, yəni 7,6 faiz azdır. Neft-kondensatın 16,2 milyon tonu konsorsium, 0,7 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR