Azərbaycan neft istehsalını 7% azaldıb, əmtəəlik qaz hasilatını isə 12% artırıb

Azərbaycan neft istehsalını 7% azaldıb, əmtəəlik qaz hasilatını isə 12% artırıb
# 15 sentyabr 2020 17:25 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 23 421,2 min ton neft (qaz kondensatı daxil olmaqla) istehsal edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə istehsal edilmiş neftin 23 323 min tonu əmtəəlik neftin payına düşüb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə neft hasilatı 7%, o cümlədən əmtəəlik neft hasilatı isə 7,3% azalıb.

Hesabat dövründə ölkə 24 922,6 mln. kub metr təbii qaz istehsal edib və ondan 17 802,4 mln. kub metri əmtəəlik qazın payına düşür. Beləliklə ötən ilin eyni dövrü ilə müqayisədə qaz hasilatı 8%, əmtəəlik qaz hasilatı isə 12,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR