Azərbaycan neft ixracını 4% azaldıb

Azərbaycan neft ixracını 4% azaldıb
# 19 dekabr 2019 12:04 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 26 mln. tona yaxın neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən neftin dəyəri 11,96 mlrd. ABŞ dolları təşkil edib ki, bu göstərici ötən müvafiq dövrü ilə müqayisədə 14,5% azalıb.

Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR