Azərbaycan neft ixracını 9% azaldıb

Azərbaycan neft ixracını 9% azaldıb
# 21 dekabr 2020 15:13 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 26 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü 2019-cu ilin 11 ayına nisbətən, təxminən, 2,5 mln. ton, yəni 8,8% az neft ixrac edilib.

Məlumata görə, ixrac edilən neftin 24,8 mln. tonu "Azəri-Çiraq-Günəəşlı" və "Şahdəniz" yataqlarının, 1,2 tonu isə SOCAR-ın payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR