Azərbaycan neft məhsullarının ixracını 13% artırıb

Azərbaycan neft məhsullarının ixracını 13% artırıb
# 16 iyun 2020 15:16 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan 132 200,61 min ABŞ dolları dəyərində 492 106,25 ton neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 40% azalıb, həcmi isə 12,8% artıb.

Xatırladaq ki, 2019-cu il ərzində Azərbaycan 462 789,87 min dollar (11,1% azalma) dəyərində 979 717,81 ton neft məhsulları (3,5% azalma) ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR