Azərbaycan neft məhsullarının ixracını artırıb

Azərbaycan neft məhsullarının ixracını artırıb
# 15 aprel 2020 12:05 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan 88 023,69 min ABŞ dolları dəyərində 223 944,01 ton neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12,8% azalıb, həcmi isə 10,9% artıb.

Xatırladaq ki, 2019-cu il ərzində Azərbaycan 462 789,87 min dollar (11,1% azalma) dəyərində 979 717,81 ton neft məhsulları (3,5% azalma) ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR