Azərbaycan neft məhsullarının ixracını kəskin artırıb

Azərbaycan neft məhsullarının ixracını kəskin artırıb
# 28 dekabr 2020 17:51 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 271 470,01 min ABŞ dolları dəyərində 994 934,4 ton neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 32,5% azalıb, həcmi isə 17,2% artıb.

Xatırladaq ki, 2019-cu il ərzində Azərbaycan 462 789,87 min dollar (11,1% azalma) dəyərində 979 717,81 ton neft məhsulları (3,5% azalma) ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR