Azərbaycan nefti həftə ərzində 1,45% bahalaşıb

Azərbaycan nefti həftə ərzində 1,45% bahalaşıb
  • Clock-gray 09:16
  • calendar-gray 24 Fevral 2020

Ötən həftə ərzində (17-21 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 0,874 ABŞ dolları və ya 1,45% artaraq orta hesabla 61,21 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 62,2 dollar təşkil edib, ən minimal göstərici isə 60,21 dollara bərabər olub.

Emil İsmayılov

Digər xəbərlər