Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb

Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
  • Clock-gray 13:03
  • calendar-gray 16 Yanvar 2021

Həftə ərzində (11-15 yanvar) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 56,03 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,22 dollar və ya 4,1% çoxdur.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (II gün) – 56,82 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 55,17 dollar səviyyəsində olub.

Həftə ərzində Azərbaycan neftinin qiyməti 0,5 dollar və ya 0,9% azalıb.

 

Hüseyn Vəliyev

Digər xəbərlər