Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
  • Clock-gray 10:18
  • calendar-gray 03 Mart 2021

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,41 ABŞ dolları və ya 2,15% azalaraq 64,25 dollar təşkil edib.

Xatırladaq ki, ötən həftə ərzində (22-26 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 65,88 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,73 dollar və ya 2,7% çoxdur. Həftə ərzində ən yüksək göstərici (cümə axşamı günü) – 66,98 dollar təşkil edib, ən minimal göstərici (bazar ertəsi günü) isə 64,57 dollar səviyyəsində olub.

Emil İsmayılov

Digər xəbərlər