Azərbaycan neftinin orta qiyməti oktyabrda 41 dollara yaxın olub

Azərbaycan neftinin orta qiyməti oktyabrda 41 dollara yaxın olub
# 02 noyabr 2020 09:50 (UTC +04:00)

Oktyabr ayının nəticələrinə görə, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 40,98 ABŞ dollarına bərabər olub. Bu, əvvəlki ayın orta qiyməti ilə müqayisədə 1,16 dollar və ya 2,76% azdır.

"APA-Economics"in hesablamalarına görə, oktyabr ayında ən yüksək qiymət (oktyabrın 22-si) – 42,63 dollar təşkil edib, ən minimal göstərici (oktyabrın 30-u) isə 37,53 dollar səviyyəsində olub. Oktyabrda Azərbaycan nefti 8,3% ucuzlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR