Azərbaycan neftinin qiyməti 61 dolları keçib

Azərbaycan neftinin qiyməti 61 dolları keçib
# 09 fevral 2021 10:02 (UTC +04:00)

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,6 ABŞ dolları və ya 0,99% artaraq 61,11 dollar təşkil edib.

Xatırladaq ki, ötən həftə ərzində (1-5 fevral) dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 58,91 dollara bərabər olub. Bu, əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,7 dollar və ya 4,8% çoxdur. Belə ki, ötən həftə ərzində ən yüksək göstərici (V gün) – 60,51 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 56,68 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR