Azərbaycan neftinin qiyməti 64 dolları keçib

Azərbaycan neftinin qiyməti 64 dolları keçib
# 16 fevral 2021 10:34 (UTC +04:00)

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,57 ABŞ dolları və ya 2,5% artaraq 64,34 dollar təşkil edib.

Xatırladaq ki, Ötən həftə ərzində (8-12 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 62,02 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,11 dollar və 5,3% çoxdur. Ötən həftə ərzində ən yüksək göstərici (I gün) – 62,77 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 61,11 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR