Azərbaycan neftinin əsas idxalçılarının renkinqi - TOP-20

Azərbaycan neftinin əsas idxalçılarının renkinqi - TOP-20
  • Clock-gray 17:30
  • calendar-gray 13 Noyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 7,158 mlrd. ABŞ dolları dəyərində 21 832 533,27 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 36,5%, həcm ifadəsində isə 6,1% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, cari ilin ilk 9 ayında Azərbaycan xam neftinin əsas idxalçısı İtaliya olub. Belə ki, hesabat dövründə İtaliya Azərbaycandan 3,08 mlrd. dollar dəyərində 8 446 361,37 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları idxal edib.

MDB ölkələri arasında Azərbaycan neftinin idxalında əsas pay sahibi Ukrayna olub. Bu ilin doqquz ayı ərzində Ukrayna Azərbaycandan 240,951 mln. dollar dəyərində 935 663,67 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları idxal edib.

"APA-Economics" bu ilin yanvar-sentyabrında Azərbaycanın neftinin əsas idxalçılarının renkinqini hazırlayıb:

#

Ölkə

Həcm, ton

Məbləğ, mln. $

1

İtaliya

8 446 361,4

3 082,59

2

Çin

2 058 942,7

386,27

3

Xorvatiya

1 307 990,7

368,42

4

Hindistan

1 190 058,9

410,12

5

Yunanıstan

1 144 149,1

403,69

6

İsrail

983 863,5

380,39

7

Ukrayna

935 663,7

240,95

8

İspaniya

842 505

275,21

9

Almaniya

552 072,6

199,17

10

Vyetnam

518 793

132,70

11

Çexiya

507 518,1

186,288

12

Belarus

455 977,7

117,73

13

Tunis

431 161

172,87

14

Portuqaliya

343 829,9

130,73

15

Türkiyə

324 712,4

132,16

16

Avstriya

270 845,8

103

17

Tailand

265 741,1

47,32

18

Malayziya

239 034

59,92

19

Danimarka

190 825,8

49,57

20

Böyük Britaniya

183 781,8

60,56

Mirsəid İbrahimzadə

Digər xəbərlər