Azərbaycan neftinin əsas idxalçılarının reytinqi - TOP-20

Azərbaycan neftinin əsas idxalçılarının reytinqi - TOP-20
  • Clock-gray 17:14
  • calendar-gray 19 Yanvar 2021

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 26 ölkəyə 8,937 mlrd. ABŞ dolları dəyərində 27 611 942,34 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, Azərbaycan xam neftinin əsas ixracatçısı İtaliyaya olub. Belə ki, hesabat dövründə İtaliya Azərbaycandan 4,054 mlrd. dollar dəyərində 11 567 403,37 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları idxal edib. Bu, Azərbaycanın ümumi xam neft ixracının 41,9%-ni təşkil edir.

Təkcə noyabr ayında İtaliya Azərbaycandan 211,125 mln. dollar dəyərində 733 931,93 ton xam neft alıb ki, bu da oktyabr ayı ilə müqayisədə dəyər ifadəsində 3,6 dəfə, həcm ifadəsində isə 3,3 dəfə azdır.

MDB ölkələri arasında Azərbaycan neftinin idxalında əsas pay sahibi Ukrayna olub. Hesabat dövründə Ukraynaya 267,876 mln. dollar dəyərində 1 023 387,15 ton xam neft məhsulları ixrac olunub. Bu, Azərbaycanın ümumi xam neft ixracının cəmi 3,7%-nə bərabərdir. Ötən ilin noyabr ayında Ukraynaya Azərbaycandan neft göndərilməyib.

2020-ci ilin yanvar-noyabrında Azərbaycan neftinin əsas idxalçılarının reytinqi:

#

Ölkə

Həcm, ton

Məbləğ, mln. dollar

1

İtaliya

11 567 403,37

4 053,94

2

Çin

2 058 942,68

386,27

3

Xorvatiya

1 562 268,44

448,77

4

Yunanıstan

1 234 892,78

431,50

5

Hindistan

1 190 058,88

410,12

6

İsrail

1 075 716,92

408,40

7

Ukrayna

1 023 387,15

267,88

8

İspaniya

1 006 144,1

327,66

9

Tunis

806 841,18

293,50

10

Portuqaliya

705 516,3

239,73

11

Çexiya

614 880,51

217,70

12

Almaniya

597 371,72

213,09

13

Türkiyə

565 681,33

199,92

14

Belarus

550 741

146,46

15

Tailand

543 762,23

129,59

16

Vyetnam

518 793

132,71

17

Böyük Britaniya

364 846,19

115,48

18

Fransa

355 016,91

105,90

19

Avstriya

350 708,85

125,85

20

Malayziya

239 033,99

59,92

Mirsəid İbrahimzadə

Digər xəbərlər