Azərbaycan növbəti 4 ildə neft hasilatını tədricən artıracaq

Azərbaycan növbəti 4 ildə neft hasilatını tədricən artıracaq
# 22 dekabr 2020 12:23 (UTC +04:00)

Azərbaycan 2024-cü ildə neft hasilatını 37 515,2 min tona çatdıracaq ki, bu da 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 8,01% çoxdur.

Bu barədə "APA-Economics" büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nə istinadən xəbər verir.

Məlumata görə, gələn il ölkədə 34 730,5 min ton neftin hasil ediləcəyi proqnozlaşdırır. 2022-ci ildə bu göstəricinin 35 964,5, 2023-cü ildə isə 37 006,6 min barel olacağı ehtimal olunur.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 31 668,1 min ton neft hasil edilib, bu da illik müqayisədə 7,7% azdır. 2019-cu ildə ölkədə 37 500 min ton neft istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR