Azərbaycan ötən ay 15 mln. dollarlıq polietilen və polipropilen ixrac edib

Azərbaycan ötən ay 15 mln. dollarlıq polietilen və polipropilen ixrac edib
# 20 fevral 2020 16:29 (UTC +04:00)

Azərbaycan yanvarda 15 mln. ABŞ dollarlıq polietilen və polipropilen ixrac edib

Bu ilin yanvar ayında Azərbaycan 12 300,75 ton polietilen (ilkin formalarda) ixrac edib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics ə verilən məlumata görə, ötən ay ölkədən ixrac edilən polietilenin dəyəri 8 418,3 min dollar təşkil edib.

Azərbaycanın yanvar ayının qeyri-neft sektoru üzrə ixracında polietilenin payı 5,98% təşkil edib.

Bundan başqa, ötən ay Azərbaycan 6 591,09 min dollar dəyərində 8 036,5 ton polipropilen (ilkin formalarda) ixrac edib. Azərbaycanın yanvar ayının qeyri-neft sektoru üzrə ixracında polipropilenin payı 4,68% təşkil edib.

Ümumilikdə, bu ilin yanvar ayında Azərbaycan 15 009,39 min dollar dəyərində polietilen və polipropilen ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR