Azərbaycan ötən il 1 mlrd. kVt-saatdan çox elektrik enerjisi ixrac edib

Azərbaycan ötən il 1 mlrd. kVt-saatdan çox elektrik enerjisi ixrac edib
# 07 yanvar 2021 13:05 (UTC +04:00)

Ötən il Azərbaycan 1,15 mlrd. kVt-saat elektrik enerjisi ixrac edib.

"APA-Economics"in məlumatına görə, bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

"Elektrik enerjisi generasiya güclərinin yaradılması və bərpası sahəsində də iş davam edib. Belə ki, müvafiq proqramlar çərçivəsində, ümumilikdə 1300 meqavat güc bərpa olunub, 385 meqavatlıq “Qobu” elektrik stansiyasının və yarımstansiyasının tikintisi davam etdirilir. yeni SCADA sistemi də qurulmaqdadır", - nazir qeyd edib.

Onun sözlərinə görə, xarici investisiyaların cəlbi ilə istehsal gücü 550 meqavata qədər olan yeni istilik elektrik stansiyasının tikintisi üzrə müvafiq işlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR