Azərbaycan ötən il 26 mlrd. kVt-saata yaxın elektrik enerjisi istehsal edib

Azərbaycan ötən il 26 mlrd. kVt-saata yaxın elektrik enerjisi istehsal edib
# 15 yanvar 2021 11:26 (UTC +04:00)

Ötən il Azərbaycanda elektrik enerjisinin istehsalı 25 811,2 mln. kVt·st təşkil edib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə elektrik enerjisinin istehsalı İstilik Elektrik Stansiyalarda 24 398,2 mln. kVt·st, Su Elektrik Stansiyalarda 1 069,5 mln. kVt·st, digər mənbələr üzrə isə 343,55 mln. kVt·st olub. Məlumata görə, 2020-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23 033,8 mln. kVt·ts (İES-lərdə 22 142,5 mln. kVt·st, SES-lərdə 891,3 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 429,7 mln. kVt·st (İES-lərdə 230,8 mln. kVt·st, SES-lərdə 157,8 mln. kVt·st, Günəş ES-də 41,1 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 2 272,7 mln. kVt·st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 75,1 mln. kVt·st təşkil edib. Bu dövrdə elektrik enerjisinin ixracı 1 147,8 mln. kVt·st, idxalı isə 1 36,3 mln. kVt·st olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR