Azərbaycan ötən il Türkiyə ərazisi ilə 208 mln. bareldən çox neft nəql edib

Azərbaycan ötən il Türkiyə ərazisi ilə 208 mln. bareldən çox neft nəql edib
# 03 fevral 2021 10:33 (UTC +04:00)

Ötən il Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 208 064 min barelə yaxın neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5% azdır.

"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, 2019-cu ildə kəmər vasitəsilə Türkiyə ərazisi ilə 235 243 min barel neft nəql edilib.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR