Azərbaycan ötən il kimya sənayesi məhsullarının istehsalını 20% artırıb - CƏDVƏL

Azərbaycan ötən il kimya sənayesi məhsullarının istehsalını 20% artırıb - CƏDVƏL
# 22 yanvar 2021 14:00 (UTC +04:00)

Ötən il Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 117,9 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki illə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 10,7 dəfə, kimya sənayesində 20,5%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 13,5%, artıb.

Məlumata gör, əsas kimya məhsullarından polietilen istehsalı 38,5%, metanol istehsalı 24,4%, propilen istehsalı 17,3% artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 81,9%, plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 76,3% artıb.

Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2020-ci il

2019-cu ilə nisbətən, %

Azot, min kub m

22 338,1

98,5

ondan əmtəəlik

430,8

55,9

Yod, ton

182,8

96,1

Oksigen, min kub m

4 306,3

115,7

ondan əmtəəlik

4 260,5

116,4

Propilen, min ton

103,3

117,3

ondan əmtəəlik

97,5

111,3

Polietilen, min ton

132,3

138,5

Etilen, min ton

102,1

87,1

Metanol (metil spirti), min ton

476,6

124,4

Lak-boya məmulatları, ton

14 028,8

55,6

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

33 153,8

116

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR